Bu ilin 9 ayında tikilən yolların statistikası

2017-ci ilin 9 ayı ərzində uzunluğu 686,3 km olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Trend-in məlumatına görə, bu barədə “Azəravtoyol” ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatında deyilir.
Məlumatda qeyd olunur ki, respublika əhəmiyyətli – 85,7 km, yerli əhəmiyyətli – 522,4 km, Bakı şəhərində isə 78,2 km yol tikilib.