Növbəti dörd ildə birrəqəmli inflyasiya olacaq – PROQNOZ

Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya 13,2% təşkil edəcək.
APA-Economics” xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
Hökumətin proqnozlarına görə, 2018-ci ildə orta illik inflyasiya 6,1% olacağı təqdirdə, 2019, 2020 və 2021-ci illərdə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq.
Bu il ölkədə yaşayış minimumu 155 manat təşkil edəcək. Hökumətin gözləntilərinə əsasən, gələn il yaşayış minimumu 173 manat olacaq, 2019, 2020 və 2021-ci illərdə isə bu məbləğ müvafiq olaraq 180, 186 və 192 manata çatacaq.