Şəmkirdə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanların kimlikləri məlum olub. – YENİLƏNİB-1 Böyüt

Şəmkirdə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanların kimlikləri məlum olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə rayonun kür qəsəbəsində “Niva” markalı avtomobilin aşması nəticəsində rayon sakini, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Məzahir oğlu hadisə yerində ölüb. Avtomobildə olan 4 nəfər –  Kür qəsəbə sakini, 1990-cı il təvəllüdlü Fərman Mirzəyev, Əliyaqublu kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Qasımov, 1993-cü il təvəllüdlü Rauf Rauf Quliyev, 1990-cı il təvəllüdlü Turla Yusubov ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı olan Fərman Mirzəyev Gəncədə olan xəstəxanaların birinə aparılıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
03.10
Şəmkirdəki ağır yol qəzasında xəsarət alanlardan birinin adı məlum olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, Kür qəsəbə sakini 1990-cı il təvəllüdlü Fərman Mirzəyevdir.
O, müalicə üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.
***
03:10
Şəmkirdə ağır yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.
“Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.