Bakıda 17 nəfər universitetin liftində qalıb

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasında 17 nəfər liftdə qalıb.
FHN-dən xezerxeber.az-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.
Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.