Rumıniya Kubokunda əlsiz futbolçu debüt edib

Rumıniya Kubokunda əlsiz futbolçu debüt edib.
“Report”un məlumatına görə, bu, “Mayoven” və “Petrolul” komandaları arasında keçirilmiş 1/16 final matçında baş verib.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda “Petrolul”un heyətində meydana 10 il əvvəl sol əlindən məhrum edilmiş yarımmüdafiəçi Kosmin Lambru çıxıb. Protezli futbolçu 18 yaşındadır və əli vaxtilə yük maşınının altında qalıb.
Qeyd edək ki, oyun “Mayoven”in penaltilər seriyasında qələbəsi ilə yekunlaşıb – 5:4.