Limonun vətəni Hindistan torpağıdır. Meyvəsinin qabıq hissəsindən 1-2%əqədər xoş iyə malik olan efir yagı alınır. Efir yağının tərkibində 90%- qədər terpen limonen, 2% sitrat aldehidi və 1% geranil-asetat maddələri tapılmışdır ki, bunlar da limon yağının ən qiymətli tərkib hissəsi hesab olunur.

Faydaları:

 Astarainfo.az immunitet.az-a istinadən bildirir ki, limon şirəsi həzm sisteminin işini yaxşılaşmasına kömək edir. Limon meyvələri anginada faydalıdır. Qurudulmuş meyvə qabıqları iştahaartlrıcı xassəyə malikdir, limon şirəsi mədə turşuluğunun azlığında, revmatizm və podaqra xəstəliyində məsləhət görülür.
Kosmetalogiyada-baş kəpəyini xaric etmək və saç tökülməsinin qarşısını almaq üçün baş dərisini limonun kəsikləri ilə sürtmək lazımdır. Limon şirəsi üzdə olan çilləri yox edir. O, eyni zamanda dərini ağartmağa qadirdir.
Zəif, tez qırılan dıırnaqları möhkəmləndirmək üçün isə üsul belədir:
Nəlbəkiyə bir az isidilmiş bitki yağı tökürlər. Ona 3 damcı limon şirəsi əlavə edib qarışdırdıqdan sonra dırnaqları 5 dəqiqə saxlayıb silirlər. Bunu etdikdə bir neçə saat ərzində əlləri suya vurmaq olmaz.
Kulinariyada:
Limon şərbəti
Lazım olan ərzaqlar:
Limon-1/4 ədəd
Şəkər-50 qr
Zəfəran-0,1 qr
Su-100 ml
Reyhan və ya keşniş toxumu -0,1qr
Buz-50 qr
Hazırlanma qaydası:
Limon xırda doğranır, üzərinə qaynar su, reyhan və nanə toxumu əlavəedilir. 3-4 saat saxlanılır, süzülür, səkər və limon sirəsi qatılıb soyudulur. Süfrəyə verdikdə zəfəran sirəsi, buz əlavə edilir.