Xüsusi imtiyazlı KRALİÇA – Sürücülük vəsiqəsiz, vergidən azad, qanundan üstün… – FOTOLAR

Həyat başdan-sona lotereyadır. İnsan doğulanda qalib olmalıdır. Doğulanda ona görə ki, bəziləri dünyaya gələn kimi vəzir olur, zəngin həyat yaşayır. Digərləri isə ömür boyu çalışır-vuruşur ki, heç olmasa o vəzirlərin yaşadığı həyatı yaşasın. Əlqərəz İngilis Kral ailəsinin içində anadan olanlar kimi ömür boyu dərdlə üzləşmir. Məsələn, kraliça Yelizaveta həyatın lotereyasını udanlardan biridir.

Astarainfo.az Publika.az-a istinadən   sizə İngiltərə kraliçası Yelizavetanın “qanunlardan azad” həyatı haqqında maraqlı faktları təqdim edir:

1. Avtomobil sürmək üçün sürücülük vəsiqəsinə ehtiyacı olmayan tək insandır:

İkinci Dünya Müharibəsi dövründə təcili tibbi yardım briqadasında sürücülük edən kraliçanın indi avtomobil sürmək üçün sürücülük vəsiqəsinə belə ehtiyacı yoxdur. Bu yalnız ölkə sərhədləri daxilində keçərlidir.

2. Sürət limitlərinə tabe olmur

Sürücülük vəsiqəsinin olmaması ilə yanaşı, sürət həddini də aşmaq imkanları var. Kraliça ölkə sərhədləri içərisində istənilən sürətlə hərəkət edə bilər. Polis bu səbəbdən ona cəza yaza bilməz.

3. Xarici ölkələrə pasportsuz səyahət edə bilir

Kraliçanın nə sürücülük vəsiqəsinə, nə də xarici pasporta ehtiyacı yoxdur. O istənilən ölkəyə pasportsuz gediş-gəliş edə bilir.

4. İstədiyi məlumatı açıqlamamaq səlahiyyəti var

İngiltərə hökuməti dövlət nüfuzuna görə əksər məlumatları mətbuata açıqlamaq məcburiyyətindədir. Amma, bunun İngilis monarxiyasına heç bir dəxli yoxdur. Bütün sirli məlumatlar onlarla birlikdə məzara gedir.

5. Vergi ödəməkdən azaddır

Belə bir məcburiyyəti olmasa da, kraliça Yelizaveta könüllü olaraq vegisini ödəyir.

6. Parlamentdən asılı olmadan, müharibə qərarı ala bilər

Kraliça Yelizaveta dünyanın bütün ölkərinə qarşı müharibə elan edə bilər. İngiltərə parlamenti isə Kraliçanın icazəsi olmadan heç bir ölkəyə qarşı müharibə başlada bilməz.

7. Kraliçanı heç bir səbəbdən məhkəməyə vermək olmaz

Heç bir İngiltərə vətəndaşının Kraliçadan şikayət etmək, onu məhkəməyə vermək hüququ yoxdur. Dəlillər belə hesaba alınmır. Kraliça haqqında hökm çıxarılması tamamilə qadağandır.

8. İstədiyi uşağı ailəsindən ala bilər

Kraliça Yelizaveta bütün İngilis vətəndaşı olan uşaqlarının rəsmi qoruyucusu hesab edilir. Buna görə də, o, istənilən ailənin uşağını əlindən alaraq öz ailəsinin üzvü edə bilər.

9. Özəl mülkləri ləğv edə bilər

Məsələn, Çe Qevaranın günəşin qarşısını aldığı üçün binaları partlatdığı kimi, kraliça Yelizaveta da istədiyi binanın və ya evin qapısını sındırıb açıqlama vermədən içəri girə bilər. Hər hansı bir ərazidə ev tikmək istəyərsə, həmin ərazini boşaltdırma haqqına da sahibdir.

10. Heç bir qanuna tabe olmaq məcburiyyətində deyil

Qeyri-real görünsə də, vəziyyət budur. Kraliça Yelizaveta İngiltərənin bütün qanunlarından üstündür.

Könül Cəfərli