Yesentukidə silahlı insident baş verib, ölən və yaralananlar var Böyüt

Rusiyanın Yesentuki şəhərində silahlı insident baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, naməlum silahlıların polis əməkdaşlarına atəş açması nəticəsində 2 asayiş keşikçisi yaralanıb.
Məlumata əsasən, silahlılar sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıblar. Baş verən atışmada silahlılardan biri məhv edilib, digəri hadisə yerindən qaçıb.  Yaralı polislər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.
Hazırda hadisə yerindən qaçan şəxsin tapılması və saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.