Azərbaycan prezidenti İran iqtisadiyyat və maliyyə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.