Goranboyda qəzada xəsarət alanların kimliyi məlum olub – YENİLƏNİB-1

Goranboyda pambıqyığan bağça işçilərini evə aparan avtobusun çaya aşması nəticəsində xəsarət alanlardan 19 nəfərin adı məlum olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar rayonun Qaraçinar və Şəfəq kənd sakinləridir.
Qəzada xəsarət alanların siyahısı:
Orucova Şəlalə Mustafa qızı (1969)
Vəliyeva Qızxanım İlyas qızı (1966)
Aslanova Mehriban Müzəffər qızı (1969)
Məmmədova Gülarə Camal qızı (1962)
Ələkbərova Xalidə Salman qızı (1965)
Əhmədova Xatirə Nağı qızı (1978)
İsmayılova Nazilə Qafar qəzə (1970)
Hacıyeva Afaq Qafar qızı (1995)
Zamanova İlhamə Teymur qızı (1972)
Nəsirova Rahilə Teymur qızı (1972)
Məmmədova Pərvanə Güloğlan qızı (1952)
Ələşov Sərvan Qiyas oğlu (1996)
Arıyeva Gülşən Mehman qızı ( 1990)
Binnətova Solmaz Cənnət qızı (1964)
Camalova İlhamə Seymur qızı (1972)
Verdiyev Nəsimi Qasım oğlu (1975)
Binnətova Solmaz Cənnət qızı (1964)
Alanova Edelya Xamay qızı (1958)
Xəsarət alan 1962-ci il təvəllüdlü Bağırova Rəna Hüseyn qızının vəziyyəti ağır olduğu üçün o Gəncədə olan xəstəxanaların birinə aparılıb.
Hazırda xeyli yaralının Goranboy rayon Mərkəzi xəstəxanasına tibbi yardım aldığı bildirilir.
Məlumata görə, qəzaya düşən avtobusda 63 nəfər olub. Onlar rayonun Qaraçinar və Şəfəq kənd uşaq bağcalarının işçiləri olub.
***
19:17
Goranboyda pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.
Qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
*** 18.11
Goranboyda avtobus çaya aşıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində baş verib.
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüyə qalxarkən çaya aşıb.
Xeyli yaralının olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.