İranın elektrik enerjisi Azərbaycan üzərindən Avropaya nəql oluna bilər

“Azərbaycanın İranın elektrik enerjisinin Avropaya nəqli baxımından körpü rolunu oynaya bilər”.
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran elektrik enerjisi sənayesi üzrə idarəsinin rəisi Əli Bəxşi bildirib.
“Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, İranın elektrik enerjisinin Avropaya nəqli üçün körpü rolunu oynasın. Bununla yanaşı, ölkələrimiz arasında mövcud olan iqtisadi əlaqələr imkan verir ki, bu kimi layihələr həyata keçirilsin”, – deyə o vurğulayıb.