Milli Məclisin deputatları Avronest PA-nın plenar iclasında iştirak edirlər

Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının plenar və komitə iclasları öz işinə başlayıb.

Astarainfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Ukraynanın Ali Radasının binasında keçirilən iclasda Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlar Məlahət İbrahimqızı, Rövşən Rzayev, Rauf Əliyev, Ağalar Vəliyev və Fərəc Quliyev, heyətin katibi Vüqar Məmmədov iştirak edirlər.

Tədbirin ilk günü siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə, iqtisadiyyat, sosial, enerji komitələrinin iclasları keçiriləcək.