fbpx
Ev HADİSƏ Bakıda yol qəzası: Turistlər xəstəxanalıq oldu – FOTO

Bakıda yol qəzası: Turistlər xəstəxanalıq oldu – FOTO

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıb.
Astarainfo.az “Qaynarinfo”-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Koroğlu Rəhimov küçəsində baş verib.
Belə ki, 90 SZ 133 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobili idarə edən Paşayev Nəsimi Mahmud oğlu“Report”un hadisə yerində olan əməkdaşlarına bildirib ki, o avtomobili idarə edərkən qəfil arxa təkərlər yaş asfaltın üstündə sürüşüb.
Nəticədə avtomobil yol kənarında dayanan 90 ZS 994 dövlət qeydiyyat nişanlı “Jeep” markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra “Nissan” beton səkiyə çırpılıb. Nəticədə “Nissan”da olan iki İraq vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobillərə isə ciddi ziyan dəyib.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü N.Paşayevin izahatı alınıb.Mənbə: Report