Bayraq Günü Astara şəhər 1 saylı tam orta məktəbində təntənə ilə qeyd olunub

 Astarainfo.az xəbər verir ki,  M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində  9 noyabr Bayraq gününə həsr olunmuş ” Bir kərə yüksələn bayraq, bir daha enməz ” adlı tədbir keçirilib.
Məktəbin pedaqoji və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə səhnəyə Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Xədicə Əliyeva açaraq qeyd etmişdir ki, bayrağ hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzidir.
Tədbirdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb.
Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıblar. Həmçinin, bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.
 Sonda  şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Astarainfo.az