Dünya şöhrətli idmançı beyin qanaması keçirdi – ƏMƏLİYYAT

Dünya şöhrətli ağır atlet, üçqat olimpiya çempionu Naim Süleymanoğlu beyin qanaması keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, təcili xəstəxanaya aparılan Süleymanoğlu əməliyyat olunub.
46 dünya rekorduna sahib olan Naim Süleymanoğlu ağır atletika tarixində ən titullu idmançıdır.