Gəncədə qatarın vurduğu qadın ölüb – YENİLƏNİB-2

Gəncədə qatarın vurduğu qadın ölüb.  APA-nın qərb bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq, koma vəziyyətinə düşən 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızını xilas etmək mümkün olmayıb.
****
15.21
Gəncə şəhərində qatar piyadanı vurub.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində baş verib. Qatar dəmir yolu xəttini keçmək istəyən 1966-cı il təvəllüdlü şəhər sakini Əkbərova Mirvari Oruc qızını vurub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadının koma vəziyyətində olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.