Göyçayda minik avtomobili aşıb, iki nəfər ağır xəsarət alıb

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saat 20:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Göyçay şəhər sakinləri, 1984-cü il təvəllüdlü Məmmədov İlyas Mirzə oğlu və həmyaşıdı Qasımov Elvin Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.