Əfqanıstan prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

 Astarainfo.az “Report”a istinadən məlumat verir ki, Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri dekabrın 1-də baş tutacaq.
 Əşrəf Qəninin Azərbaycana səfərinin əsas məqsədi noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək “Asiyanın qəlbi” – İstanbul prosesi tədbirinin 7-ci Nazirlər Şurasında iştirak etməkdir.
Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, Bakıya səfəri zamanı Ə.Qəni Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə bu prosesə həmsədrlik edir. Qarşıdakı tədbirin əsas mövzusu “Asiyanın qəlbi” prosesi regionunun gücləndirilməsi istiqamətində təhlükəsizlik və iqtisadi əlaqələrdir.