Ağstafada 2 avtomobil toqquşub, xəsarət alanlar var

 Ağstafa rayonunda 2 avtomobil toqquşub, xəsarət alanlar var.

 Hadisə rayonun Kirovka kəndində baş verib.

Ağstafaya qonaq gələn Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Abışov Yüsif Abış oğlunun idarə etdiyi avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlər Y.Abışovun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Digər yaralının durumunun normal olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. “Report”