Noyabrın 12-də İran-İraq sərhədində baş verən zəlzələnin qurbanlarının sayı durmadan artır.

7,2 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 530-a çatıb.

Rəsmi məlumatlara görə, hadisə zamanı 7460 insan xəsarət alıb.

Hazırda İran rəsmiləri ölkədə dəyən ziyanın miqdarını araşdırır.