Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdən sonra birgə mətbuat konfransında xoşagəlməz hal yaşanıb.

Rusiya prezidentinin çıxışı zamanı tərcümə sistemində nasazlıq yaranıb.

Nəticədə zalda əyləşənlər tərcüməni eşidə bilməyiblər. Bir qədər sonra Putin onlardan “tərcüməni eşidirsinizmi?” deyə soruşub.

Tərcümə sistemində nasazlıq olduğunu başa düşən Putinin qəzəbi gözlərindən oxunurdu. Nasazlığın aradan qaldırılması mümkün olmadığı üçün Putinin sözləri açıq şəkildə tərcümə edilib.

Putin isə qəzəbli şəkildə “Təkrar edəcəm” deyərək danışmağa başlayıb.Xezerxeber