Türkiyədə 3,7 bal gücündə zəlzələ olub

Türkiyədə 3,7 bal gücündə zəlzələ baş verib.

  Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İzmir şəhərindən 58 kilometr şimal-şərqdə, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.Trend