Gəncədə “Niva” aşdı – 2 yaralı

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Şəhərin Heydər Əliyev prospekti ilə Fətulla Həsənov küçələrinin kəsişməsində “Niva” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb və aşıb.

Nəticədə avtomobil alışaraq yanmağa başlayıb. Yanğın söndürülüb.

Qəza zamanı 1998-ci il təvəllüdlü Abbasov Cavanşır Naqif oğlu və 1999-cu il təvəllüdlü Həsənov Həsən Rizvan müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.APA