Son bir həftə ərzində bölgədə seysmoloji aktivlik müşahidə edilir.
Belə ki, noyabr ayının 12-də İran-İraq sərhədində baş verən 7,3 bal gücündəki zəlzələ nəticəsində böyük şəhərlərdəki yaşayış məskənləri yerlə yeksan olub. 530 nəfər həlak olub, 8000-dən çox insan yaralanıb. Zəlzələ İranla Azərbaycan sərhəddində olan Azərbaycan rayonlarında, Naxçıvan Muxtar Respublikasında hiss edilib.
Ötən gecə yerli vaxtla saat 23:48-də Ağdam rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ digər rayonlarda da hiss olunub. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.
Regionda yaşanan seysmoloji aktivliklə bağlı Metbuat.az-a açıqlama verən ekoloq, seysmoloq Ənvər Əliyev bildirib ki, zəlzələlərə hər dəqiqə hazırlıqlı olmalıyıq:
“Zəlzələləri qabaqcadan bilmək yox, qanunauyğunluğu tutmaq mümkündür. Yer kürəsində 3 istiqamətdə zəlzələ zonası var. Şimali Amerikadan başlamış Cənubi Amerika, Kuril adalarından başlamış İndoneziya və bizim regionun yerləşdiyi – Alp dağlarından İndoneziyaya qədər olan 3 seysmik zona mövcuddur. Yerin oynaq hissəsinə düşdüyünə görə, bu ərazilərdə müxtəlif vaxtlarda zəlzələlər qeydə alınır. Alp dağlarından tutmuş, Qafqaz dağlarından Himalay dağlarına kimi olan ərazidə yerləşən ölkələrdə – Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan və Avropa ölkələrində zəlzələ ehtimalı var. Lakin onun vaxtını heç kim öncədən deyə bilməz. Sadəcə, buna hazırlıqlı olmalıyıq”.
Seysmoloq zəlzələlərə necə hazırlıqlı olmaq haqqında da danışıb:
“Seysmik zonada tikilən bütün yaşayış infrastrukturlarında diqqətli olmaq lazımdır. Bizim ərazimizdə tikilən evlər, yollar, körpülər, məscidlərin tikintisini aparan şirkətlər bilməlidir ki, bura 7, 8, hətta 9 ballıq zəlzələ zonasıdır. Tikinti işləri bu istiqamətdə aparılmalıdır”.Day.az
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə...