Gəncədə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

Gəncədə yol qəzası baş verib.

Astarainfo.az-ın  APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə,  hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

“VAZ 21 015” markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində “VAZ”da olan 1981-ci il təvəllüdlü Kəmalə Xudiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.