Tərtərdə yenidən zəlzələ oldu

Bu gün – noyabrın 17-də saat 17:28 radələrində Tərtərdə növbəti dəfə zəlzələ qeydə alınıb. Bu barədə Modern.az-a Tərtərin İsmayılbəyli kənd sakinləri məlumat veriblər.

Sakinlərin bildirdiyinə görə, əhali arasında təşviş yaranıb, bəzi sakinlər evlərini tərk ediblər. Məlumata görə, noyabrın 16-da baş vermiş zəlzələ zamanı zərər görmüş evlər daha pis vəziyyətə düşüb.