Ələtdə “Opel” yük avtomobilinə çırpılıb

Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılıb.

Astarainfo.az APA-ya istinadən məlumat verir ki, qəza nəticəsində “Opel” markalı minik avtomobilinin sürücüsü ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.