İmişlidə ağır qəza olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.

Astarainfo.az APA– ya istinadən məlumatına görə, “Mercedes” və  “VAZ” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.