Dünyanın öz oxu ətrafında fırlanma sürətinin azalması planetdə baş verəcək təbii fəlakət ehtimalını daha da artırır.
 ABŞ-ın Kolorado Universitetinin professoru Rocer Bilham və Montana Universitetinin professoru Rebeka Bendikin 2017-ci ilin əvvəlin hazırladıqları araşdırma oktyabr ayında Amerika Geologiya Dərnəyinə təqdim edilib. Araşdırmada bildirilir ki, dünyanın fırlanmasında baş verən millisaniyəlik dəyişiklik dünyanın dəmir və nikeldən ibarət alt təbəqəsinə təsir göstərəcək və bu proses tektonik hərəkətlərdə aktivliyin daha çox müşahidə edilməsi ilə nəticələnəcək. Növbəti il ərzində 20 dəhşətli zəlzələ proqnozlaşdırılır.
Təqdim edilən hesabatda nümunə kimi 2010-cu ildə Haitidəki baş vermiş 7 ballıq, 2011-ci ildə Yaponiyadakı 9 ballıq zəlzələ göstərilir və bildirilir ki, baş verən zəlzələlərin sayı ilbəil artır.”Qaynarinfo”