Dövlət Radiotezliklər İdarəsi auditor seçir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin 2017-2019-cu illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib olunmuş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi xidmətinin satın alınması ilə əlaqədar açıq tender elan edir.
Astarainfo.az “APA-Economics” -ə istinadən xəbər verir ki, tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş ikiqat bağlamada, yazılı sürətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi zamanı Azərbaycanda rabitə və informasiya texnologiyaları müəssisələrinin auditinin aparılması və “Brand Finance Global 500” siyahısına daxil olan şirkətlərdə audit təcrübəsi olan və böyük dördlüyə daxil olan audit şirkətlərinə üstünlük veriləcək.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri 5 dekabr 2017-ci il saat 17:00-dək, tender təklifini və bank zəmanətlərini möhürlənmiş ikiqat zərfdə 13 dekabr 2017-ci il saat 17:00-dək Dövlət Radiotezliklər İdarəsinə təqdim etməlidirlər.
İddiaçıların təklif zərfləri 14 dekabr 2017-ci il saat 15:00-da açılacaq.