Adətən gilasın, moruğun, əriyin və bu kimi adət etdiyimiz meyvələrin mürəbbəsini hazırlayırıq. Amma artıq mətbəxlərdə daha fərqli meyvələrdən də ləzzətli mürəbbələr hazırlanır.

Astarainfo.az Ailem.az-a istinadən  sizə naringi mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:

1 limon suyu və bir az limon duzu

4 ədəd nazik qabıqlı naringi

1 stəkan portağal suyu

2 stəkan yarım şəkər tozu

2 stəkan su

Hazırlanması:

Dərin bir ləyənə su, şəkər tozu və portağal suyunu töküb qaynadın. Daha sonra naringiləri yuyaraq dilimləyin. Varsa çəyirdəklərini çıxarın. Qaynayan suyun içərisinə naringi dilimlərini də əlavə edin. Qaynamağa başladıqda limon suyu və limon duzunu da əlavə edib, təxminən 10 dəqiqə daha qaynadıb, altını söndürün. Naringi mürəbbəniz hazırdır.

Nuş olsun!