Ərdoğan Ruhani ilə görüşüb

Prezident Rəcəb Tayyip Ərdoğan Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
APA-nın “Haber7”yə istinadən verdiyi xəbərə görə, sammit çərçivəsində Ərdoğan-Putin və Putin-Ruhani ikitərəfli görüşlərinin də keçiriləcəyi gözlənilir.
Həm ikitərəfli, həm də üçtərəfli görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olacaq.