Astarainfo.az xəbər verir ki, noyabrın 22-də Astara Heydər Əliyev Mərkəzində  Ədliyyə  işçilərinin peşə bayramı ilə əlaqədar “İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin prinsiplərindən biridir” Heydər Əliyev  mövzusunda Astara rayon Ədliyyə  işçilərinin əməkdaşları ilə tematik söhbət aparılmışdır.
 Tədbirdə Astara rayon İcra Hakimiyyətinin başçısının I müavini, Dövlət Təhlükəsizlik Xidmətinin  Astara rayon şöbəsinin ,  Astara rayon Dövlət Mühafizə Xidmətinin və Astara rayon Məhkəməsinin əməkdaşları iştirak etmişlər.
Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova tədbir iştirakçılarını təbrik etmiş və onlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin omür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat vermişdir.

Elza Kazımova

Astarainfo.az