“Qarabağ” üçün avrokubok mövsümünün bu il bitəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycan çempionu növbəti raunda yüksələ bilməyib.

“Çelsi”ylə ev oyununda 0:4 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının 1/8 finalına vəsiqə verən ilk iki yerə şansını itirsə də, Avropa Liqası şansını saxlamışdı. Qrup üçüncülüyü və qitənin ikinci dərəcəli klub turnirinin 1/16 final mərhələsi şansı isə C qrupunun digər oyunundan asılı idi.

“Qarabağ”ın 2018-ci ilin fevralında yenidən avrokubok həyəcanı yaşatmaq ehtimalının üstündən isə “Atletiko” xətt çəkib. Öz meydanında “Roma”nı 2:0 hesabı ilə üstələyən madridlilər ilk “üçlük”də yerini təmin edib.

Çempionlar Liqasında qalacaq “Çelsi”nin 11 xalı varsa, ikinci vəsiqə üçün savaşı son turadək davam etdirəcək “Roma”nın 8, “Atletiko”nun 6 xalı var. 2 xala malik “Qarabağ” isə “üçlük” şansını itirib. Ağdam klubu son turdan asılı olmayaraq qrup sonuncusu olacaq.

Bir sözlə, VI turun “Roma” ilə görüşü həm “Qarabağ”, həm Azərbaycan klubları üçün mövsümün son avrokubok matçı olacaq. Bizim üçün formal xarakterli matç İtaliya klubu üçün önəm daşıyacaq. Çünki “Atletiko” ilə sonuncu turun qiyabi mübarizəsində qələbə Çempionlar Liqası dəyərində olacaq.

 

***

Çempionlar Liqasında V turun növbəti oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.

C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə “Çelsi”sini qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün məyusedici nəticə ilə yekunlaşıb.

Belə ki, “Qarabağ” London təmsilçisi qarşısında qapısında 4 cavabsız qol görüb. Görüşün 18-ci dəqiqəsində hakimin şübhəli qərarı ilə kapitan Rəşad Sadıqov qırmızı vərəqə alaraq meydandan qovulub, ağdamlıların qapısına isə penalti təyin olunub. Azar dəqiq oynayıb.

Ardınca Villian fərqi artırıb. İkinci hissədə “Qarabağ” yenə penalti ilə cəzalanıb. Qara Qarayevin Villianı çəkməsi hakimin gözündən yayınmayıb. Bu dəfə də Fabreqas fürsəti əldən verməyib. Sonuncu qolu isə yenə Villian vurub. Braziliyalı uzaqdan zərbə ilə dublunu rəsmiləşdirib.

Bu nəticədən sonra sonuncu tur “Qarabağ” üçün formallığa da çevrilə bilər. Çempionumuz “Çelsi”yə uduzduğu üçün “Atletiko” italiyalıları məğlub etsə, Qurbanovun yetirmələrinin sonuncu yer tutacağı rəsmiləşəcək. Amma təmsilçimiz məğlubiyyətlə də üçüncülük şansını saxlaya bilər. Bunun üçün “Roma”nın səfərdən xalla dönməsi lazımdı.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

“Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 0:4

Qollar: Azar, 21 (pen.), Villian, 37, 85, Fabreqas, 73 (pen.)

Qırmızı vərəqə: Rəşad Sadıqov, 18

 

***

Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq.

C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə “Çelsi”sini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün həlledici görüşlərdən biridi.

Belə ki, “Qarabağ”ın avrokubok taleyi böyük ölçüdə V turun nəticələrindən asılıdı. Çünki bu qarşılaşmalardan sonra Ağdam təmsilçisinin 1/8 final şansı da, Avropa Liqası ümidi də qala, hətta sonuncu yer də rəsmiləşə bilər.

Çempionlar Liqasının 1/8 finalına yüksəlmək üçün nəzəri şanslara malik komandamız mütləq qalib gəlməlidi. “Çelsi” üzərində qələbə Qurbanovun yetirmələrini sonuncu tur öncəsi böyük ümid verəcək. “Roma”nın səfərdə “Atletiko”ya uduzması isə bu ümidləri artıra bilər. Çünki son turda İtaliyaya səfər edəcək “Qarabağ” romalılarla əyani dueldə vəsiqələrdən biri üçün mübarizə apara bilər.

Qələbə həm də minimum vəzifə – Avropa Liqasına vəsiqə şansını artıracaq. Heç-heçə də bu şansı saxlayacaq. Lakin qitənin ikinci dərəcəli klub turniri arzusu üçün “Roma”nın “Atletiko”nu məğlub etməsi, ən pis halda bərabərliyi lazımdı. Hər iki halda 3-cü yerin sahibi son turda bəlli olacaq.

Lakin sonuncu tur “Qarabağ” üçün formallığa da çevrilə bilər. Çempionumuz “Çelsi”yə uduzsa, “Atletiko” italiyalıları məğlub etsə, Qurbanovun yetirmələrinin sonuncu yer tutacağı rəsmiləşəcək. Amma təmsilçimiz məğlubiyyətlə də üçüncülük şansını saxlaya bilər. Bunun üçün “Roma”nın səfərdən xalla dönməsi lazımdı.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

21:00. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra

Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

“Çelsi”: 13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta, 30. David Luiz

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bokoyako, 24. Qari Keyxil, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq

Baş məşqçi: Antonio Konte

 

1 Roma 4 2 2 0 8-4 8
2 Çelsi 4 2 1 1 11-7 7
3 Atletiko 4 0 3 1 2-3 3
4 Qarabağ 4 0 2 2 2-9 2