Dekabrın 1–də Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə reallaşacaq konsert fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək məqsədi daşıyır.
Konsertdə daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin və 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin üzvləri çıxış edəcək.
Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşayiət edəcək.
Konsertə giriş ödənişsizdir.