Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən məlumat verir ki,  noyabrın 16-17-də Rusiya Federasiyasının Samara Dövlət İqtisad Universitetində “Müəssisələrin inkişaf problemləri: nəzəriyyə və təcrübə” mövzusunda keçirilən 16-cı Beynəlxalq Elmi-praktik Konfransa Lənkəran Dövlət Universiteti də qatılıb. LDU-nu bu tədbirdə universitetin “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri,iqtisad üzrə fəlsəfə doktoru, dosent Natiq Mirzəyev təmsil edib.
Konfransın ikinci günü dosent Natiq Mİrzəyev “Sənaye müəssisələrində innovasiya-investisiya potensialından istifadənin səmərəliliyinin yüksəldilməsi ehtiyatları” adlı üçüncü bolmədə “Azərbaycanda taxılçılıq sahəsində sahibkarlığın inkişafı məqsədilə qiymətlərin tənzimlənməsi” movzusunda məruzə ilə çıxış edib.Təhlil-araşdırma materiallarına,faktlara əsaslanan məruzə iştirakçılar tərəfindən yüksək dəyərləndirilib və Beynəlxalq konfransın sertifikatına layiq görülüb.
Tədbirdə fəal iştiraka görə Lənkəran Dövlət Universitetinə təşəkkür məktubu ünvanlanıb və 3 cilddə nəşr edilmiş konfrans materialları LDU-nun kitabxanasına hədiyyə edilib.
Beynəlxalq konfrans yekunlaşdıqdan sonra –  noyabr 18-də  Samara Vilayəti Azərbaycanlılar Liqasında Natiq Mirzəyevlə görüş keçirilib. Dəyirmi stol arxasında keçirilən görüşdə liqanın sədri Şirvan Kərimov olmaqla Samara şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər. Diskussiya şəraitində keçirilən görüş zamanı ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından,LDU-nun son illərdə qazandığı uğurlardan,təhsilin inkişaf istiqamətklərindən və s.məsələlərdən ətraflı söz açılıb.

Esmira İsmayılova

Astarainfo.az