Misirdə terror aktı zamanı 50 nəfər ölüb

Misirin Sinay yarımadasında məscidlərdən birində baş verən terror aktı zamanı azı 50 nəfər ölüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əl-Ariş şəhəri yaxınlığında baş verib.

“Əl-Əhram” qəzetinin məlumatına görə isə hadisə zamanı ölən olmayıb, 70 nəfər yaralanıb.

Cümə namazı zamanı terrorçu-kamikadzenin özünü partlatdığı ehtimal olunur.