ABŞ-ın Braziliyadakı vitse-konsulu Stefani Masland Bolen güllə yarası alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Rio-de-Janeyro ştatı, Anqra-dus-Reys kurort şəhərinə gedən avtomagistralda baş verib.
Məlumata görə, qadın diplomat oğurluğa cəhd zamanı ayağından yaralanıb. S.M.Bolen xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ilə bağlı məlumat verilmir.