Oynaq xəstəliklərindən sayılan artrit və artroz ağır dərəcədə olduqda şikəstliyə kimi gətirib çıxarır.
Respublika Klinik Xəstəxanasında Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr edilən tədbirdə baş həkim Telman İbadov bildirib ki, oynaqda baş verən bu xəstəlik əsasən soyuq və rütubətdən yaranır. Dünyada 10 milyonlarla insan artritin bu və ya digər növlərindən əziyyət çəkir. Son 20 ildə xəstəliklərin sayı iki dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda olan insanlarda rast gəlinir. 2016-cı ildə Respublika Klinik Xəstəxanasına 221 xəstə, 2017-ci ilin 9 ayı ərzində 142 xəstə artrit xəstəliyinin müxtəlif formalarından müalicə alıb.ATV.az