Səudiyyə Ərəbistanında qar yağacaq

Səudiyyə Ərəbistanında qar yağacaq.
Astarainfo.az “Ölkə.Az-a istinadən  xəbər verir ki, bu barədə krallığın meteoroloji xidməti məlumat yayıb. Verilən məlumata görə, Səudiyyə Ərəbistanında bu qış qeyri-adi soyuq hava proqnozlaşdırılır.
“Səudiyyə Ərəbistanında bu il 5 dərəcə şaxta gözlənilir. Qar yağacağı və havanın soyuq keçəcəyi proqnozlaşdırılır”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, son günlər Səudiyyə Ərəbistanında güclü yağışlar başlayıb. Leysan nəticəsində paytaxt Ər-Riyad da daxil olmaqla, ölkənin bir sıra hissələrini su basıb.