Şirvanda maşın 34 yaşlı kişini vurdu

Şirvanda avtomobil 34 yaşlı kişini vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1983-cü il təvəllüdlü Həsənov Ramiz Bəxtiyar oğlu yolu keçərkən avtomobil tərəfindən vurulub.
Nəticədə sınıq xəsarətləri alan yaralı Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsindən araşdırma aparılır.