Ağstafada iki “VAZ” toqquşub, xəsarət alanlar var

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.  Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində kənd sakini 1995-ci il təvəllüdlü Kamran Salahov bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza zamanı 1985-ci il təvəllüdlü Vaqif Namazov isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.APA