Azərbaycanda tanınmış biznesmen avtomobilində öldü – YENİLƏNİB

Masallıda ölən sürücünün kimliyi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Astarainfo.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, vəfat edən şəxs Kamran Əlməmmədovdur. O, rayonda tanınmış iş adamıdır. “Coca Cola Kamran” kimi tanınan biznesmen “Coca Cola”nın Masallı üzrə satış müdiri və bir neçə restoranın sahibidir. Onun maşında ürək tutmasından vəfat etdiyi deyilir.