Sabirabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Astarainfo.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Füzuli rayon sakini Qaraş Quliyev idarə etdiyi “Qazel” markalı, “19 BH 087″ nömrə nişanlı avtomobillə yolu keçən kənd sakinini vurub. Yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Şirvan şəhər polis idarəsində araşdırma aparılır.
16 aprel 2024-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət...