“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” layihəsinin açılışı olub

“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimi keçirilib.
 Astarainfo.az-ın APA-ya istinadən vediyi xəbərinə görə, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfiri Ourelia Buşes, millət vəkilləri, ali məktəblərin rektorları iştirak edib.
Tədbirdə bildirilib ki, layihənin tərəfdaşları Aİ-yə üzv olan dövlətlər – Fransa və Litvadır.
  Bu il avqustun 20-dən 2019-cu ilin 21 avqustunadək həyata keçiriləcək layihənin məqsədi səhiyyə xərclərinin planlaşdırılması, icrası və monitorinqi sahəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin institusional imkanlarının gücləndirilməsidir.
K. Yankauskas bildirib ki, layihə icbari tibbi sığortanın tətbiqi üçün maliyyə idarəetmə çərçivəsinin inkişaf etdirilməsinə dəstək olacaq.
Tədbir panel sessiya ilə davam etdirilib.