Cənubi Koreya Şimali Koreya ilə birbaşa danışıqların ŞƏRTİNİ AÇIQLADI

Rəsmi Seul Şimali Koreya ilə birbaşa danışıqlara hazırdır.

Bu barədə məlumatı Cənubi Koreya prezidentinin xüsusi nümayəndəsi Yön Gil Son verib. Cənubi Koreya rəsmisi bildirib ki, əgər Şimali Koreya nüvə sınaqlarını dayandırsa, birbaşa dialoqlar mümkündür.

Cənubi Koreya rəsmisi deyib: “Şimali Koreya 15 sentyabr tarixindən nüvə sınaqlrını dayandırıb. Amma biz bilmirik, bunun səbəbi texniki problemdir, yoxsa, ABŞ, Rusiya və Çinin təzyiqləridir? İstənilən halda, bu yaxşı əlamətdir və əgər tendensiya davm etsə, birbaşa dialoqa hazırıq”Ölkə.az