Azərbaycanda bankların top-menecerlərinin orta əmək haqqı 8-10 min manat təşkil edir.

Astarainfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev UNEC2B əmək bazarı platformasının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, bu, ABA-nın bank bazarında keçirdiyi sorğunun nəticəsində məlum olub.

Z.Nuriyev bildirib: “Əmək haqqının bu səviyyəsi beynəlxalq bank bazarı baxımından kifayət qədər rəqabətqabiliyyətli hesab olunur”.