Səhər saatlarında Ağdamda YANĞIN

Ağdam rayonunda evdə yanğın faktı qeydə alınıb.

 Astarainfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 05:52 radələrində rayonun Eyvazlı kəndində baş verib. Kənd sakini, 1951-ci il təvəllüdlü Rüstəmov Mahmud Qasım oğluna məxsus 132 kvadratmetrlik evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğının qarşısı alınıb.
Hadisə nəticəsində evin 6 kvadratmetri tam yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.