Ümumrusiya Azərbaycan Konqresinin birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının qurumun ləğvi haqqında qərarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə noyabrın 2-də verdiyi kassasiya şikayəti geri qaytarılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ali Məhkəmənin Rəyasət Heyəti ÜAK-ın kassasiya şikayətini geri qaytarıb.
Rusiya Federasiyası Ədliyyə Nazirliyi də öz növbəsində ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb. Bununla da, ÜAK təşkilat olaraq legitimliyini itirib, ləğvi rəsmiləşib.
Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə NazirliyiƏdliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.
Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Rusiyanın 70-dən çox regionundakı Azərbaycan icmasıın rəhbərləri qeydiyyatı ləğv edilmiş ÜAK-ın prezidenti akademik Fazil Qurbanova yeni Azərbaycan diaspor təşkilatının yaradılması və bu təşkilata onun rəhbərlik etməsi üçün müraciət ediblər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə...