Bakıda Kosta-Rika Respublikasının səfirliyinin rəsmi açılışı olub.
Astarainfo.az”Report” -a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycanda səfərdə olan Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz, eləcə də Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov iştirak edib.
Tədbirdə həmçinin Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların rəhbərləri iştirak edib.